Qəzzada əldə edilən sülhün “daimi” olacağı təqdirdə Türkiyə İsraillə ticarəti bərpa edə bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr İdarəsinin (DEİK) rəhbəri Nail Olpak deyib.
Xatırladaq ki, Türkiyə Qəzzadakı müharibə zamanı İsraillə iqtisadi əlaqələrini kəsib və bir ildir ki, davam etdirmir.
Ötən bazar günü İsrail və HƏMAS arasında atəşkəs razılaşması qüvvəyə minib və əsir mübadiləsi başlayıb.
Bizim.Media