Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda yerləşən hoteldə dəhşətli yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğın zamanı həyatını itirənlər arasında “Türk Hava Yolları”nın əməkdaşı Zehra Sena Gültekin və onun ailə üzvləri də var.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədəki yanğında ölənlərin sayı ARTDI - VİDEO
Məktəblər tətildə olduğu üçün Zehra Sena Gültekin əri, 3 uşağı və 9 ailə üzvü ilə Kartalkayaya gedib.
Zehra Sena Gültekinin yanğın zamanı anasına zəng edərək hallalıq istədiyi məlum olub.
Xatırladaq ki, dəhşətli yanğında 76 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb. Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı aparılan araşdırmalar nəticəsində 9 nəfərin saxlanıldığını açıqlayıb.
Bizim.Media