Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ həbs edilib.
Bizim.Media xəbər verir ki, o, ictimaiyyəti açıq şəkildə kin və düşmənçiliyə sövq etməkdə ittiham edilir.
Özdağ İstanbul Prokurorluğuna verdiyi açıqlamada özünü verilmiş ittihamla təqsirli bilmədiyini deyib:
“Zəfər Partiyası ilə ölkəmizdə suriyalılara qarşı hər hansı zorakılıq hadisəsi arasında təşkilati əlaqə olmayıb. Bu məsələdə partiyamız digər partiyalardan qat-qat həssas davranıb. Bütün bu səbəblərə görə barəmdə cinayət təqibinin dayandırılmasını tələb edirəm”.
Qeyd edək ki, partiya sədri ötən gün “Prezidenti təhqir etmək” ittihamı ilə Ankarada saxlanılmışdı.
Bizim.Media