Baydenin təyin etdiyi 1000-dən çox adam işdən qovulacaq

Baydenin təyin etdiyi 1000-dən çox adam işdən qovulacaq

Hazırda oxunan: Baydenin təyin etdiyi 1000-dən çox adam işdən qovulacaq

231021

ABŞ Prezidenti Donald Trampın kadrlar şöbəsi Co Baydenin əvvəlki administrasiyası tərəfindən təyin edilmiş 1000-dən çox adamın işdən çıxarılması prosesinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mənim kadrlar şöbəm bizim "ABŞ-ni yenidən möhtəşəm et" baxışımıza (konsepsiyamıza) uyğun gəlməyən 1000-dən çox prezident təyinatlısının müəyyən edilməsi və qovulması üçün aktiv şəkildə işləyir", - deyə o bildirib.

"Prezidentin Fiziki Sağlamlıq və İdman Şurasının üzvü Xose Andres, İnfrastruktur üzrə Milli Məsləhət Şurasından Mark Milli, Vudro Vilson Mərkəzindən Brayan Huk və Prezidentin İxrac Məsələləri Şurasından Keyşa Lens Bottoms - siz qovuldunuz!" - deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO