Tramp 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

Tramp 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

Hazırda oxunan: Tramp 6 yanvar iğtişaşlarının iştirakçılarını əfv edib

230963

ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da ABŞ Konqresindəki iğtişaşlarda iştirak etməkdə ittiham olunan şəxsləri əfv edib.

Bizim.Media xəbər verir ki, Ağ evdə Oval ofisdə o, ümumilikdə 1500-ə yaxın müttəhimi əfv edib və 6 nəfərin cəzasını yüngülləşdirib.

Bununla da, prezident dörd il əvvəl seçki məğlubiyyəti ilə barışmayan tərəfdarlarını azad etmək vədini yerinə yetirib.

Qeyd edək ki, 2021-ci il 5–6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Kapitol binasına hücum ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO