“Ukrayna Prezidenti Volodimir Zelenskinin xidmətçisi olmaq niyyətində deyiləm və Avropa Birliyindən Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazıram”.
Bizim.Media xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko Facebook hesabındakı videomüraciətində deyib.
“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır. Robert Fiko Slovakiyanın Baş naziridir, Ukraynanın xidmətçisi deyil”, - siyasətçi bildirib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Ukrayna Prezidentini iki dövlət arasında mübahisəni həll etmək üçün qaz tranziti ilə bağlı danışıqlara dəvət etmişdi. Zelenski isə Fitsonun görüş təklifinə cavab verərək onun Kiyevə gəlməsini istəyib.
Bundan sonra Fiko isə Zelenskini yanvarın 21-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) çərçivəsində görüşə dəvət edib.
Bizim.Media