İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?

İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?

Hazırda oxunan: İsrail Qəzzada atəşkəs razılaşmasını hansı halda poza bilər?

230778

"İsrail Qəzza zolağında atəşkəs razılaşmasına sadiqdir, lakin Fələstinin HƏMAS radikal hərəkatının mümkün təxribatlarına dözməyəcək".

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib və hərbçilərin anklavda hərbi əməliyyatları hər an bərpa etməyə hazır olduqlarını vurğulayıb.

O xatırladıb ki, HƏMAS nümayəndələri atəşkəs razılaşmasının ilk günündə azad ediləcək ilk girov qrupunun siyahısını vaxtında verməyiblər.

"Bu səhər HƏMAS öhdəliklərini yerinə yetirmədi və geri qaytarılan girovların siyahısını razılaşdırıldığı kimi təhvil vermədi. Eyni zamanda, biz Qəzza zolağında binalara və terrorçulara hücum etdik və atəşkəs daha da gecikdi. Bu səhər də sübut etdiyimiz kimi, heç bir pozuntuya göz yummayacağıq", - Haqari bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO