Fələstinin radikal "HƏMAS" hərəkatı yanvarın 19-da atəşkəs çərçivəsində azad ediləcək girovların siyahısını vasitəçilərlə İsrailə ötürüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Kan" telekanalı məlumat yayıb.
Bu arada İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS ilə razılaşmaya etiraz olaraq istefa verib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında atəşkəs bu gün qüvvəyə minib.
Bizim.Media