"Los-Anceles meriyası şəhərdə tüğyan edən yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb".
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsində yazıb.
Maskın fikrincə, şəhər meri Karen Bass şəhərdə kommunikasiyaların bərpasında mümkün köməkdən imtina edib və buna görə də istefa verməlidir.
"Daily Mail" qəzeti qeyd edir ki, şəhərdəki yanğınlar başlamazdan bir həftə əvvəl, Bass yanğınsöndürənlər üçün büdcəni 49 milyon dollar azaltmaq tələbini irəli sürmüşdü və bu, 16 yanğınsöndürmə stansiyasının bağlanmasını nəzərdə tuturdu.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə başlayan meşə yanğınlarında bir çox Hollivud ulduzlarının evləri yanıb. 27 nəfər həlak olub, 18 nəfər isə hələ də itkin düşmüş sayılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:02 / 19.01.2025
Mask onu istefaya çağırdı
Hazırda oxunan: Mask onu istefaya çağırdı
Hazırda oxunan: Mask onu istefaya çağırdı
230674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.