Qripə qarşı yeni effektiv vaksin hazırlandı

Qripə qarşı yeni effektiv vaksin hazırlandı

Hazırda oxunan: Qripə qarşı yeni effektiv vaksin hazırlandı

230673

ABŞ-nin Karolina Universitetinin Virusologiya İnstitutunun alimləri qrip virusunun dünyada mövcud olan əksər növlərinə qarşı effektiv vaksin hazırlayıb.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.

Tədqiqatın əsas nailiyyəti süni intellektdən istifadə edərək universal epitopların – virusun müxtəlif növlərində dəyişməyən hissələrinin aşkar olunmasıdır. Bunun sayəsində əksər tanınmış virus ştamlarına qarşı effektiv preparat hazırlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qrip hər il dünya üzrə təxminən 500 min nəfərin ölümünə səbəb olur.

Mövcud vaksinlər hər zaman effektiv olmur, çünki onların tərkibi, müəyyən ştamın mövsümdə üstünlük təşkil edəcəyinə dair proqnozlara əsaslanır. Alimlərin proqnozlaşdıra bilmədiyi virus mutasiyaları isə bu preparatların effektivliyini azaldır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO