Fransa Qarabağdan gedən ermənilərə 7 milyon ayırır

Fransa Qarabağdan gedən ermənilərə 7 milyon ayırır

Hazırda oxunan: Fransa Qarabağdan gedən ermənilərə 7 milyon ayırır

230671

Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan və Fransanın fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini arasında görüş baş tutub.

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi məlumat yayıb.

 

Görüşdə Mkrtçyan Ermənistanı dəstəkləyən və lazımi yardım göstərən Fransanın rolunu yüksək qiymətləndirib.

 

Bildirilib ki, Fransa hökuməti tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək Qarabağdan gələn ermənilərin sosial problemlərinin həlli üçün 7 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

 

Səfirin sözlərinə görə, Fransa tərəfi Ermənistana dərman və avadanlıqla birlikdə təyyarə göndərməyə hazırlaşır.

 

Tərəflər sosial sahədə problemlərin həlli istiqamətində fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO