Məhkəmə Cənubi Koreya prezidentini HƏBSDƏ SAXLADI

Məhkəmə Cənubi Koreya prezidentini HƏBSDƏ SAXLADI

Hazırda oxunan: Məhkəmə Cənubi Koreya prezidentini HƏBSDƏ SAXLADI

230661

Seul Qərb Dairə Məhkəməsi Koreya Respublikasının prezidenti Yoon Seok-yeolun qiyam ittihamı ilə həbs edilməsinə qərar verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd edək ki, yanvarın 15-də səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Yoon Seok Yeolu həbs edib. Bu həbs 48 saat üçün nəzərdə tutulub və bu müddət ərzində hüquq-mühafizə orqanı əlavə həbsin zəruri olub-olmadığı barədə qərar verməli idi.

Məhkəmə bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 09:00) bu məsələyə baxmağa başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO