Orban: “Avropa sürətlə yeni enerji böhranına yaxınlaşır, səbəbkar isə…”

Orban: “Avropa sürətlə yeni enerji böhranına yaxınlaşır, səbəbkar isə…”

Hazırda oxunan: Orban: “Avropa sürətlə yeni enerji böhranına yaxınlaşır, səbəbkar isə…”

230617

“Ukrayna və ABŞ-ın hərəkətləri Avropanı yeni enerji böhranı ilə hədələyir”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Belqradda Serbiya prezidenti Aleksandr Vuçiç ilə enerji problemlərini müzakirəsi üçün keçirilən görüş zamanı deyib.

Macarıstanın baş naziri bir gün əvvəl bildirmişdi ki, Rusiya Federasiyasından Avropa ölkələrinə qaz nəqli üçün istifadə edilən “Türk axını” kəmərinin təhlükəsizliyi bütün vasitələrlə təmin edilməlidir: “Əks halda respublika 2025-ci ildə iqtisadi artımını reallaşdıra bilməyəcək”.

O qeyd edib ki, Macarıstan iqtisadiyyatı üçün ən böyük təhlükə Qərb dövlətlərinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən qaz və neft qiymətlərinin mümkün artımıdır: “Enerji xərclərinin artması Budapeştin planlarını dalana dirəyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO