HƏMAS və İsrail arasında Qəzzada atəşkəs sazişi imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında artıq Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalanıb.
Qeyd edək ki, ötən gün ABŞ və Qətərdən olan vasitəçilər İsrail və Fələstinin HƏMAS silahlı qruplaşması ilə razılığa gəlmək ərəfəsində olduğunu bildiriblər. Atəşkəs anlaşması yanvarın 19-dan qüvvəyə minəcək.
Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
Bizim.Media