Putin Rusiyanın

Putin Rusiyanın "Aurus" avtomobilini təriflədi: “Özüm sürmüşəm” - FOTO

Hazırda oxunan: Putin Rusiyanın "Aurus" avtomobilini təriflədi: “Özüm sürmüşəm” - FOTO

23036

Prezident Vladimir Putin Rusiya istehsalı olan “Aurus” avtomobilinin keyfiyyətini yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “auto.mail.ru” saytında yer alıb.

Kremlin sahibi deyib ki, bu cür avtomobilə təkcə sərnişin kimi minməyib, həm də onu sükan arxasında sürüb.

“Mən bu cür maşınları sürürəm və dəfələrlə özüm sükan arxasında olmuşam. Bu, bütün dünya standartlarına cavab verən həqiqətən layiqli, keyfiyyətli bir avtomobildir, - TASS Putindən sitat gətirib.  - Əminəm ki, konveyerdən çıxan avtomobillərə tələbat olacaq".

Bazar ertəsi Tatarıstanın "Alabuga" xüsusi iqtisadi zonasında “Aurus” avtomobillərinin seriya istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.

İstehsalın iyun ayında başlaması planlaşdırılır, qiyməti 18 milyon rubldan başlayır. 22 milyon rubl dəyərində olan avtomobillərin ilk partiyası yüksək parametrləri ilə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO