Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

Hazırda oxunan: Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

230321

Suriyanın yeni hakimiyyət orqanları İsrail vətəndaşlarının ölkəyə gəlişinə qadağa qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Türk Hava Yolları" yayıb.

Mənbə qeyd edib ki, müvafiq memo avia şirkətin saytında yerləşdirilib.

Bundan əvvəl İran vətəndaşlarının da Suriyaya girişinə qadağa qoyulduğu bildirilib.

Xatırladaq ki, Türk Hava Yolları (THY) gələn cümə axşamı, yanvarın 23-dən etibarən Dəməşqə uçuşları bərpa edəcək.

Aviareyslər həftədə üç dəfə həyata keçirəcək.

Aviaşirkət Suriya hakimiyyət orqanları tərəfindən qoyulan giriş məhdudiyyətlərinin tam siyahısını dərc edib:

1. Sərnişinlər Suriya vətəndaşlığını təsdiq edən sənədləri təqdim etməlidirlər.

2. İsrail və İran vətəndaşlarının Suriyaya girişi qadağan edilib.

3. Livan vətəndaşları ölkəyə daxil ola bilərlər.

4. Jurnalistlərin Suriyaya daxil olması üçün xüsusi icazə lazımdır.

Yeri gəlmişkən, Bəşər Əsədin devrilməsindən sonra Rusiya Silahlı Qüvvələrinin Suriyadan təxliyyəsi sona çatmayıb. Belə ki, bazalardan texnika və silahlarını çıxarmaq məqsədi ilə əraziyə gəlmək istəyən Rusiyanın “Sparta II” gəmisi Tartus limanına (ölkənin yeganə xarici hərbi dəniz bazası) buraxılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO