Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin ofisinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.
Bildirilib ki, Trampın andiçmə mərasiminin keçiriləcəyi tarixdə - yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.
Respublikaçılar, eyni zamanda, Senata nəzarəti ələ keçirməyə, həmçinin Nümayəndələr Palatasında çoxluğu qoruyub saxlamağa nail olub.
Bizim.Media