Türkiyənin "Baykar" şirkətinin ilk "FGN-100-d1" peyki amerikalı iş adamı İlon Maska məxsus olan "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə kosmosa buraxılıb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ-dakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılan Transporter 12 missiyası kubosatlar, mikropeyklər və orbital nəqliyyat vasitələri də daxil olmaqla 131 faydalı yükü kosmosa daşıyıb.
Bu faydalı yüklər arasında "Fergani Space"in ilk "FGN-100-d1" peyki və Türkiyənin kosmik texnologiya şirkətlərindən biri olan "Plan-S" peykləri var.
Uğurlu Transporter-12 missiyasının görüntüləri SpaceX-in X hesabından canlı yayımlanıb.
“Ferqani” peyki üçün hidrogen peroksid kosmik mühərrikinin sınağı ötən ilin mayında uğurla başa çatıb.
Səlcuk Bayraktar Ferqaninin komanda peyklərindən ibarət olan qlobal yerləşdirmə sistemini idarə etmək üçün nəzərdə tutulduğunu bildirib.
Fergani Space innovativ və orijinal texnologiyaları vasitəsilə kosmos daşımalarında və aşağı orbitli peyk xidmətlərində davamlı və sərfəli həllər yaratmaqla fərqlənməyi hədəfləyir.
Bizim.Media