“Lukoyl”a yeni baş icraçı direktor TƏYİN EDİLDİ

“Lukoyl”a yeni baş icraçı direktor TƏYİN EDİLDİ

Hazırda oxunan: “Lukoyl”a yeni baş icraçı direktor TƏYİN EDİLDİ

229993

“Lukoyl”un direktorlar şurası baş icraçı direktor Vadim Vorobyovun səlahiyyətlərinə xitam vermək və şirkətin yeni rəhbəri vəzifəsinə əvvəllər onun vitse-prezidenti olmuş Sergey Koçkurovu təyin etmək barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə korporativ məlumatların açıqlanması portalında məlumat verilib.

Sergey Koçkurov 2020-ci ilin iyun ayından "Lukoyl"un Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezidenti vəzifəsində çalışır.

Qeyd edək ki, "Lukoyl" təsisçisi Vahid Ələkbərovdur. O, 2022-ci ildə Böyük Britaniya tərəfindən sanksiyalar siyahısına daxil edildikdən sonra "Lukoyl"da rəhbər vəzifələrdən ayrılıb. Vadim Vorobyov 2022-ci ilin aprelində “Lukoyl”un rəhbəri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO