SON DƏQİQƏ: Rusiyada daha bir təyyarə məcburi ENİŞ ETDİ

SON DƏQİQƏ: Rusiyada daha bir təyyarə məcburi ENİŞ ETDİ

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiyada daha bir təyyarə məcburi ENİŞ ETDİ

229923

Rusiyanın İrkutsk - Ust-Kut marşrutu ilə uçan "Utair" aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bratsk aerodromuna enib.

Bizim.Media xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"Yanvarın 14-də, təxminən saat 09:00-da İrkutsk - Ust-Kut marşrutu ilə uçan "Utair" aviaşirkətinə məxsus təyyarə təyinat aeroportunda əlverişsiz meteoroloji şərait səbəbindən Bratsk aerodromuna enib. Eniş Təhlükəsiz şəkildə yerinə yetirildi Uçuş əlverişli hava şəraitində saat 14:30-a (Moskva vaxtı ilə 09:30) planlaşdırılır. Bratsk Nəqliyyat Prokurorluğu sərnişinlərin reysin gecikməsi halında bir sıra xidmətlər almaq hüquqlarını qorumaq üçün nəzarət tədbirləri həyata keçirir”, - məlumatda deyilir.

Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, yanvarın 14-də Ust-Kutda hava mənfi 16 dərəcəyə düşüb, zəif qar yağıb, güclü külək əsib.

Xatırladaq ki, yanvarın 12-də Moskvadan İrəvana uçan “Aeroflot” təyyarəsi Mahaçqala hava limanına məcburi eniş etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO