Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir sıra bölgələrinə irimiqyaslı hücumlar həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, ilk olaraq Tula vilayəti vurulub, Aleksin şəhəri üzərində partlayışlar olub. Dronların dağılması nəticəsində bir neçə avtomobilə və yardımçı tikililərə, eləcə də yaşayış binalarının şüşələrinə ziyan dəyib.
Eləcə də Saratov vilayətinin Engels şəhəri Ukrayna pilotsuz təyyarələri tərəfindən kütləvi hücuma məruz qalıb.
Kazan ətrafında PUA-nın hücumundan sonra qaz çəni yanıb. Yerli sakinlərin sözlərinə görə, ərazidə güclü yanğın və tüstü görünüb. Hücumun hədəfi Kazandakı "Orqsintez" zavodu olub.
Rostov vilayətində hava hücumundan müdafiə qüvvələri 14 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tambov vilayətindəki Kotovsk sakinləri ilkin olaraq hava hücumundan müdafiə sistemi 3 pilotsuz təyyarəni vurduqları barədə yazıblar.
Hava Hücumundan Müdafiə və Elektron Müharibə Qüvvələri Voronej səmasında pilotsuz uçan aparatı aşkar edərək məhv edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:34 / 14.01.2025
Rusiyanın şəhərlərinə kütləvi DRON HÜCUMU - VİDEO
Hazırda oxunan: Rusiyanın şəhərlərinə kütləvi DRON HÜCUMU - VİDEO
Hazırda oxunan: Rusiyanın şəhərlərinə kütləvi DRON HÜCUMU - VİDEO
229903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.