“İsraillə HƏMAS atəşkəs sazişini imzalamağın astanasındadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentində çıxışı zamanı deyib.
“Biz mənim bir neçə ay əvvəl irəli sürdüyüm təklifin nəhayət ki, gerçəkləşməsinin astanasındayıq. İllər boyu dövlət qulluğunda çalışmaq mənə heç zaman təslim olmamağı öyrətdi. Bu saziş girovları azad edəcək, döyüşləri dayandıracaq, İsrailin təhlükəsizliyini təmin edəcək və HƏMAS-ın başlatdığı bu dəhşətli müharibədən əziyyət çəkən Fələstin xalqına humanitar yardımı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”.
Bayden bildirib ki, Fələstin xalqı sülhə və öz gələcəklərini müəyyən etmək hüququnu əldə etməyə layiqdir. Onun sözlərinə görə, İsrail də sülhə və təhlükəsizliyin təmininə vasitəçidir:
“Girovlar və onların ailələri də qovuşmağa layiqdirlər. Ona görə də biz bu sazişin təcili əldə olunmasına çalışırıq”.
Qeyd edək ki, Bayden bazar ertəsi Ağ Evi tərk edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:53 / 14.01.2025
Bayden hamının gözlədiyi xəbəri açıqladı
Hazırda oxunan: Bayden hamının gözlədiyi xəbəri açıqladı
Hazırda oxunan: Bayden hamının gözlədiyi xəbəri açıqladı
229895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.