Los-Ancelesdə yanğında Azərbaycan vətəndaşları xəsarət alıbmı?

Los-Ancelesdə yanğında Azərbaycan vətəndaşları xəsarət alıbmı?

Hazırda oxunan: Los-Ancelesdə yanğında Azərbaycan vətəndaşları xəsarət alıbmı?

229894

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları davam edir. Yanğınlar artıq şəhər tarixində ən dağıdıcı təbii fəlakətə çevrilib. Yanğının təsiri altında olan bölgələrdə humanitar vəziyyət hər keçən gün daha da pisləşir və şəhərdə yaşayan azərbaycanlıların taleyi isə xüsusi narahatlıq doğurur.

Bizim.Media xəbər verir ki, Los-Anceles şəhərində yaşayan həmyerlimiz, MMA döyüşçüsü Mirəli Hüseynov report.az-a açıqlamasında bildirib ki, telefon vasitəsilə yaratdıqları qrupda mütəmadi olaraq həmvətənlərimiz bir-biri ilə əlaqədədir və yanğınlardan heç bir azərbaycanlı təsirlənməyib:

“Kaliforniya ştatında azərbaycanlılar əsasən San-Xosedə məskunlaşıblar. Los-Anceles şəhərində azərbaycanlıların kompakt yaşadığı ərazilər yoxdur. Onlar demək olar ki, şəhərin bütün istiqamətlərində yaşayırlar. Mənim dostlarım şəhərin hər tərəfində məskunlaşıb. Onlarla daim əlaqədəyəm. Bu vaxta qədər köməyə ehtiyacı olan və ya yanğından təsirlənən heç bir vətəndaşımız olmayıb”.

Bu arada yanğınla bağlı həmvətənlərimizə dəstək göstərmək məqsədilə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə “Report”un ABŞ bürosuna danışan Baş konsul Vüqar Qurbanov qeyd edib ki, həmvətənlərimizin konsulluqla əlaqə qurması üçün diplomatik nümayəndəlikdə qaynar xətt (+1 310 923 4540) yaradılıb.

Konsul əlavə edib ki, hələlik konsulluğa Azərbaycan vətəndaşlarının xəsarət alması barədə heç bir məlumat daxil olmayıb. V. Qurbanov onu da vurğulayıb ki, ABŞ tərəfi genişmiqyaslı beynəlxalq dəstək üçün ölkələrə müraciət etməyib. Kanada və Meksikadan yanğınların söndürülməsi üçün kömək göndərildiyi məlumdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO