Daha bir xarici aviaşirkət Rusiyaya uçuşları DAYANDIRDI

Daha bir xarici aviaşirkət Rusiyaya uçuşları DAYANDIRDI

Hazırda oxunan: Daha bir xarici aviaşirkət Rusiyaya uçuşları DAYANDIRDI

229873

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasından sonra aviaşirkətlər Rusiyaya uçuşları dayandırmaqda davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, Çinin “China Southern” aviadaşıyıcısı yanvarın 20-dən martın 30-dək Moskvadan Pekinə birbaşa reysləri dayandırır.

Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar fonunda bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb. Belə ki, Qazaxıstanın “Qazaq Air” şirkəti Astanadan Yekaterinburqa, İsrailin “El Al” aviaşirkəti Tel-Əvivdən Moskvaya, “Flydubai” Dubaydan Soçi və Mineralnıye vodı şəhərinə, "Türkmən Hava Yolları" Aşqabaddan Moskvaya uçuşlarını ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO