Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başladı

Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başladı

Hazırda oxunan: Rusiya ordusu ölkənin şimal-şərqində təlimlərə başladı

229855

Rusiya Müdafiə Nazirliyi ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.

 

“Təlimlərin bütün hissələri müdafiə xarakterlidir və Rusiyanın şimal-şərq sərhədlərində əməliyyatlar üçün qüvvələr və qoşunların hazırlığının təkmilləşdirilməsinə yönəlib”, - deyə məlumatda bildirilir.

 

“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO