Trampın işini araşdıran xüsusi prokuror istefa verdi

Trampın işini araşdıran xüsusi prokuror istefa verdi

Hazırda oxunan: Trampın işini araşdıran xüsusi prokuror istefa verdi

229639

2022-ci ilin noyabrında baş prokuror Merrik Qarland tərəfindən Donald Trampa qarşı iki işə baxılması üçün təyin edilmiş xüsusi prokuror Cek Smit istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios" ABŞ Ədliyyə Nazirliyinə istinadən yazıb.
 

Məlumata görə, Trampın seçkidə qələbəsi hər iki işin (seçkidə müdaxilə və məxfi sənədlərin düzgün saxlanmaması) gələcəyini riskə atıb. Ali Məhkəmənin toxunulmazlıqla bağlı qərarı artıq hər iki iş üzrə perspektivləri sarsıdıb.


Xatırladaq ki, Ali Məhkəmə keçən il Trampın vəzifədə etdiyi hərəkətlərə görə mühakimə olunmaqdan qismən toxunulmazlığa malik olduğuna dair qərar çıxarmışdı.

Bununla belə, bu həftə federal apellyasiya məhkəməsi bildirib ki, Smitin Trampla bağlı araşdırmalarına dair yekun hesabatı seçilmiş prezidentin etirazlarına baxmayaraq yayımlana bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO