Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri MÜZAKİRƏ EDİLDİ

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri MÜZAKİRƏ EDİLDİ

229538

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Latviyanın Dövlət Gəlir Xidmətinin baş direktoru Bayba Smite Roçe ilə videoformatda görüş keçirib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Tərəflər həm ikitərəfli səviyyədə, həm də IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin təşviqi baxımından əhəmiyyət daşıyır. Tərəflər rəqəmsal vergi inzibatçılığı, elektron ticarətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi, əməkhaqqından tutulan gəlir vergisi və sosial ayırmalar, əmlak vergisinin vaxtında və tam həcmdə ödənilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə məsələlərini, eləcə də ƏDV inzibatçılığı sahəsində potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO