Türkiyənin Hatay şəhərində 3,8 bal gücündə zəlzələ olub.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki,bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Hatayın İskəndərun rayonunda baş verən zəlzələ yerin 4 km dərinliyində meydana gəlib və ətraf rayonlarda da hiss edilib.
Tələfat və dağıntı qeydə alınmayıb.
Bizim.Media