Əlixan Məhərrəmli məhkəmə qarşısında: Tələbə qızları şantaj edib...

Əlixan Məhərrəmli məhkəmə qarşısında: Tələbə qızları şantaj edib...

Hazırda oxunan: Əlixan Məhərrəmli məhkəmə qarşısında: Tələbə qızları şantaj edib...

229167

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli barəsində açılan cinayət işinin istintaqı yekunlaşıb.

 

Sfera.az-ın məlumatına görə, iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Əlixan Məhərrəmliyə Azərbaycan Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) cinayət işi açılıb. 

 

Zərərçəkmiş qismində Əliyeva Sevinc Ramiz qızı və İlyasova Səidə Rasim qızı tanınıb. 

 

Əlixan Məhərrəmli Kayseridəki universitetlərdən birində təhsil alan tələbələri şantaj edərək, 20 min dollar verməsini tələb edib. 

 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. (Qafqazinfo)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO