Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu öz işini dayandırıb.
Bizim.Media xəbər verir ki, konsulluq binasının üzərindəki bayraq dirəklərindən Avropa İttifaqı və Polşanın bayraqları götürülüb, girişdəki lövhə isə sökülüb.
Diplomatik missiya 2025-ci il yanvarın 10-dan etibarən fəaliyyətini tamamilə dayandırmalıdır. Məlum olub ki, bu, Rusiyanın Poznandakı Baş Konsulluğunun Polşa hakimiyyəti tərəfindən bağlanmasına Rusiyanın cavabıdır.
Bizim.Media