"Ermənistan hakimiyyəti hazırda bir illüziya ilə yaşayır ki, guya Qərb, xüsusən də ABŞ ölkəmizin təhlükəsizliyin təmin edilməsində bizə dəstək verəcək".
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu politoloq Suren Surenyants bildirib.
Onun sözlərinə görə, Amerikanın nüfuzlu “beyin mərkəzləri”, xüsusən də Stratfor yazır ki, ABŞ növbəti dəfə rəsmi İrəvanı məyus edəcək:
"Daha əvvəl adı çəkilən analitik mərkəzi Cənubi Qafqazda gələcək qüvvələr balansı kontekstində qeyd edib ki, Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Çünki Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirinə qarşı Bakı ilə güclü əlaqələrə üstünlük verir".
Politoloq Nikol Paşinyanın Qərbə xəyali yaxınlaşmasından da söz açıb:
"Mən çətinlik şəkirəm ki, baş nazir bununla bağlı hansı hesablaşmaları aparır. Ancaq hər kəsə bəllidir ki, o, Qərbə doğru anlaşılmaz kursu yenə də davam etdirir. Əslində, onun hərəkətlərində heç bir məntiq yoxdur. O, sadəcə arzularla yaşayır”.
Bizim.Media