Çərşənbə axşamı, yanvarın 7-də göyərtəsində Fransanın sağçı Milli Birlik partiyasının lideri Marin Le Penin olduğu barj Mayotte sahillərində qarşıdan gələn gəmi ilə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BFMTV telekanalı yayıb.
Mənbə qeyd edir ki, toqquşma zamanı insanların əksəriyyəti müvazinətini itirərək yıxılıb. Üç nəfər yüngül xəsarət alıb və polis qayıqları ilə aparılıb.
Le Penin özü xəsarət almayıb. Onu da polis gəmisi təxliyə edib.
Xatıraladaq ki, Marin Le Pen 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində Emmanuel Makronun rəqibi olub.
Bizim.Media