Rusiyada yeni təhsil sistemi - Bakalavr pilləsi LƏĞV EDİLİR

Rusiyada yeni təhsil sistemi - Bakalavr pilləsi LƏĞV EDİLİR

Hazırda oxunan: Rusiyada yeni təhsil sistemi - Bakalavr pilləsi LƏĞV EDİLİR

228891

Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni təhsil sisteminə keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, Rusiya ali təhsilinin islahatı yeni iki səviyyəli sistemə keçidi nəzərdə tutur.



Belə ki, ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil.

Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq.

2025-ci il ərzində bununla bağlı normativ hüquqi aktlar hazırlanacaq və universitetlər dəyişikliklərə uyğunlaşacaq.

Qeyd olunub ki, yeni modelə keçid artıq mövcud proqramlar üzrə təhsilə başlamış tələbələrə təsir etməyəcək.

Xatırladaq ki, 2022-ci ildə Rusiya Boloniya sistemindən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO