Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze Fransa prezidenti Emmanuel Makrona Gürcüstan və Rusiya haqqında yalan danışmamağı, Ukraynaya diqqət yetirməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, Gürcüstanın baş naziri jurnalistlərlə söhbəti zamanı açıq şəkildə Fransa rəhbərinə müraciət edib.
Xatırladaq ki, onun müraciəti Makronun "Rusiya coğrafi qonşularına qarşı aqressiv davranır" fikirlərinə sanki bir cavab olub. Belə ki, Fransa prezidenti idda edib ki, 2024-cü ilin oktyabrında Rusiya Gürcüstanda keçirilən parlament seçkilərinə müdaxilə edib.
İrakli Kobaxidze sözlərini belə davam etdirib: “Fransa prezidenti dağıdılması üçün qurban verilən Ukraynaya diqqət yetirsin”.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın baş naziri Avropa İttifaqını ölkədəki siyasi proseslərə müdaxilə etməkdə ittiham edib.
Yeri gəlmişkən, oktyabrın sonunda Gürcüstanda “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkiləri baş tutub.
Gürcüstanın müxalifət partiyaları seçkinin nəticələrini tanımayıb və bir neçə həftə Tbilisidə etiraz aksiyaları keçirib.
Bizim.Media