Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 8-ci alayının döyüşçüləri 13 Şimali Koreya əsgərini öldürüblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Mənbə qeyd edir ki, xüsusi tədbirlər zamanı Ukrayna əsgərləri KXDR-in beş döyüşçünü atışmada, daha səkkizini isə pilotsuz təyyarələrin köməyi ilə məhv edib.
“Döyüşdən sonra KXDR hərbçilərinin cəsədləri və onların şəxsi sənədləri yoxlanılıb. Onların birində kalimator nişangahı olan pulemyot, Çin-Rusiya istehsalı olan "Azart" radiostansiyası və dron detektoru, habelə adi hərbi biletdən fərqlənən şəxsiyyət vəsiqəsi olub. Aşkar edilmiş əşyalar onun zabit korpusuna aid olduğunu göstərir”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, digər şeylərlə yanaşı, Şimali Koreyalı hərbçinin yanında partiyaya müraciət məktubu da olub.
Bizim.Media