Ümid yoxdur - Mixael Şumaxerin dostu onun vəziyyəti haqqında danışdı

Ümid yoxdur - Mixael Şumaxerin dostu onun vəziyyəti haqqında danışdı

Hazırda oxunan: Ümid yoxdur - Mixael Şumaxerin dostu onun vəziyyəti haqqında danışdı

228821

Uzun müddət sonra ilk dəfə olaraq Mixael Şumaxerin səhhəti ilə bağlı məlumatlar yayılıb. Qeyd edək ki, Şumaxerin səhhəti haqqında çox az şey məlumdur.
 

Sfera.az bildirir ki, Mixael Şumaxer 10 ildir ki, Cenevrə gölündəki evində müalicə və reabilitasiya kursu keçir. Məşhur yarışçının ailəsi onun vəziyyəti ilə bağlı məlumatı ciddi şəkildə gizli saxlayır.
 

Yeddiqat Formula 1 çempionunun çoxdankı dostu, isveçrəli jurnalist Rocer müsahibəsində onun vəziyyəti barədə danışıb.
 

Rocer Benoit təfərrüatlara varmaqdan imtina etsə də, vəziyyətin ümidsiz olduğunu açıqlayıb. Jurnalist suala cavab olaraq Mixael Şumaxer Mikin oğlunun 2022-ci ildə dediyi sözləri sitat gətirib: “Atamla danışmaq imkanı üçün hər şeyi verərdim”.
 

"Bu söz atasının son 3500 gündəki vəziyyəti haqqında hər şeyi deyir. Ümidsizdir"-deyə Rocer Benoit bildirib.


Mixael Şumaxerin başına gələnlər
 

Xatırladaq ki, 2013-cü ilin dekabrında İsveçrədə xizək enişində baş verən qəzadan sonra Mixael Şumaxer bir neçə ay komada qalmışdı. Ulduz yarışçı daha sonra İsveçrədəki Cenevrə gölündəki evində reabilitasiyaya köçürülüb.
 

O vaxtdan bəri Mixael Şumaxerin ailəsi onun vəziyyəti haqqında məlumatı ciddi şəkildə saxlayır - onun haqqında yalnız yaxın qohum və dost dairəsi bilir. Zamanla məlum olub ki, yeddiqat dünya çempionu müstəqil hərəkət edə bilmir, onun müalicəsi və reabilitasiyasına hər il milyonlarla avro xərclənir. Zaman-zaman mətbuatda Şumaxerin səhhəti ilə bağlı söz-söhbətlər yayılır və onun ailəsi tez-tez yalan məlumatların dərcinə görə məhkəməyə verir.

 

Aynil

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO