Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda 7.1 bal gücündə zəlzələ olub. Nəticədə 53 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Xinxua" agentliyi məlumat yayıb.
Mənbə 62 nəfərin xəsarət aldığını qeyd edib. Təxminən min evə ziyan dəyib.
Yeraltı təkandan sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib.
Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. Çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr zəlzələ bölgəsinə göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir.
Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır.
Xatırladaq ki, yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.
Bizim.Media