Kursk vilayətində tanınmış serb muzdlu döyüşçüsü və Rusiya Federasiyasının 150-ci alayının hücum bölüyünün komandiri Bratislav Jivkoviç məhv edilib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Bratislav Jivkoviç 2014-cü ildən Ukraynaya qarşı mübarizə aparırdı.
Məlumata görə, Jivkoviç əvvəllər Serbiya milli-şovinist çetnik təşkilatının komandiri olub və 2017-ci ildə Rumıniya tərəfindən Rusiyanın xeyrinə casusluq etdiyi üçün “persona non-grata” elan edilib.
Jivkoviç daha sonra Serbiyada xarici dövlətin tərəfində hərbi əməliyyatlarda iştirak etdiyinə görə mühakimə edilib.
Ukraynada isə onun barəsində xarici vətəndaşları Ukraynaya qarşı müharibədə iştirak etməyə cəlb etməsi ilə bağlı cinayət işi açılıb.
Bizim.Media