Ukrayna ordusu “Fırtına.Osetiya” batalyonunun qərargah rəisini öldürdü

Ukrayna ordusu “Fırtına.Osetiya” batalyonunun qərargah rəisini öldürdü

Hazırda oxunan: Ukrayna ordusu “Fırtına.Osetiya” batalyonunun qərargah rəisini öldürdü

228546

Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş ərazisində “Fırtına.Osetiya” batalyonunun qərargah rəisi, “Kama” çağırış nişanlı Sergey Melnikov və sürücüsü məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

“2024-cü il dekabrın 29-da Vasilyevka-Tokmak şossesində Ukrayna Müdafiə Nazirliyinin “Kraken” Baş Kəşfiyyat İdarəsinin fəal əməliyyat bölməsinin FPV ekipajının əsgərləri “Fırtına.Osetiya”nın qərargah rəisini və onun sürücüsünü məhv etdilər”, - məlumatda deyilir.
 

Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kəşfiyyatçıları Rusiya qoşunları batalyonunun qərargah rəisinin Zaporojye vilayətinin işğal olunmuş ərazilərində marşrutu və hərəkət cədvəlinin təfərrüatlarını özündə əks etdirən əməliyyat məlumatı əldə ediblər.


Ukrayna hava kəşfiyyatı Melnikov üçün FPV pusqusunu planlaşdırıb.

“Əvvəlcə dron operatorları Melnikovun olduğu “UAZ Patriot” markalı avtomobilin sürücüsünü məharətlə qorxudublar, qorxmuş rusiyalı sürücü qəfil trayektoriyasını dəyişib, maşın xəndəyə uçub, sonra isə kəşfiyyatçılar pilotsuz təyyarə ilə ora zərbə endiriblər”, - Baş Kəşfiyyat İdarəsi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO