ABŞ-da respublikaçı Mayk Conson Konqresin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilib.
Bizim.Media xəbər verir ki, 52 yaşlı Conson Nümayəndələr Palatasının əksər üzvlərinin dəstəyini qazanıb.
Öncə partiya nümayəndələrindən 3-ü onun əleyhinə səs versələr də, son anda M.Consonu dəstəkləmək üçün səsələrini dəyişiblər. O, 218 səslə qalib gəlib.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp da Mayk Consonun namizədliyini dəstəkləyib.
Ümumilikdə isə Conson son 100 ildə Nümayəndələr Palatasında ən az səslə qalib gələnlərdən olub.
Bizim.Media