İraq ordusunun müşahidə məntəqəsinə hücum olub

İraq ordusunun müşahidə məntəqəsinə hücum olub

Hazırda oxunan: İraq ordusunun müşahidə məntəqəsinə hücum olub

2284

Bağdadın qərbində silahlı qruplaşma üzvlərinin İraq ordusunun müşahidə məntəqəsinə hücumu nəticəsində azı 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İraqın “As Sumaria” telekanalı məlumat yayıb.

Hücum axşam saatlarında baş verib. Silahlı şəxslər əl qumbarası və avtomat silahlardan istifadə ediblər. Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs ölüb.

Həmçinin tibb işçiləri səkkiz nəfərin yaralandığını bildirib. Yaralılar Bağdad xəstəxanasına aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO