Lukaşenkodan seçkilər haqqında: “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”

Lukaşenkodan seçkilər haqqında: “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”

Hazırda oxunan: Lukaşenkodan seçkilər haqqında: “Lazım olsa, hərbi güc də tətbiq olunacaq”

228338

Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə keçiriləcək prezident seçkiləri zamanı hərbi güc tətbiqinin mümkünlüyünü açıqlayıb.

Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə qubernatorlarla görüşdə danışıb.

“Lazım olanda polis, lazım olanda hərbçilər də seçki prosesində iştirak edə bilər ki, nizam-intizam olsun”, - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarusda seçki komissiyalarının üzvlərinə kənardan təzyiq göstərmək cəhdləri var.
 

“Seçki məntəqələrində seçki komissiyalarına kömək edin. Çünki bu əclaflar (xarici opponentləri nəzərdə tutur – red.) artıq bizim komissiya üzvlərinə, xüsusən də rəhbərliyə təzyiq göstərirlər”, - Lukaşenko bildirib.


Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO