Husilər ABŞ-ın atəşkəs təklifini QƏBUL ETMƏDİ

Husilər ABŞ-ın atəşkəs təklifini QƏBUL ETMƏDİ

Hazırda oxunan: Husilər ABŞ-ın atəşkəs təklifini QƏBUL ETMƏDİ

228325

Amerika Birləşmiş Ştatlari husilərə İsrailə raket və pilotsuz təyyarələrlə hücumu dayandırmağı, bunun müqabilində ABŞ və koalisiya qüvvələrinin Yəmənə hücumlarını dayandırmağı təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.
 

Qəzetin mənbələrinin məlumatına görə, Yəmən hökuməti bildirib ki, Ağ Ev administrasiyası Omanın vasitəçiliyi və İranın iştirakı ilə Yəməndən İsrailə qarşı hücumların dayandırılmasına yönəlmiş hərtərəfli razılığa nail olmaq istəyir. 


Bunun müqabilində Yəmən yanvarın 20-də ABŞ-da hökumət dəyişikliyinə qədər Qəzza zolağında müharibənin dayandırılmasına yönəlmiş hücumların dayandırılmasını və beynəlxalq vasitəçilik imkanını təklif edir.

Husilərin rəhbərliyi isə bu təkliflə razılaşmadıqlarını açıqlayıb:

“Qəzzə ilə bağlı mövqeyimizdə güzəştə yer yoxdur. Mövqeyimiz bir il əvvəlki kimi, dəyişməz olaraq qalır”.

Mənbə həmçinin bildirib ki, Husi rəhbərliyi İsrailə qarşı böyük hərbi əməliyyatlar hazırlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO