ABŞ prezidenti Co Bayden, təxminən bir ay əvvəl keçirdiyi gizli toplantıda, müxtəlif ssenari və variantları nəzərdən keçirdikdən sonra, İranın nüvə obyektlərinə hərbi hücum göstəriş verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Donald Trampın prezident vəzifəsinə başlamazdan öncə İranı nüvə silahı istehsalına doğru hərəkət edəcəyi təqdirdə ABŞ-nin Tehranın nüvə obyektlərinə mümkün hücum variantlarını ABŞ prezidenti Co Baydenə təqdim edib.
“Co Baydenin prezidentliyinin sonunda ABŞ-nin İranın nüvə proqramına hücumu Amerikanın yeni prezidentini yeni müharibəyə cəlb etmək riskini gətirəcək böyük qumardır”, - deyə, sayt qeyd edib.
Bizim.Media