“AirBaltic” 4600-dən çox reysi ləğv edəcək

“AirBaltic” 4600-dən çox reysi ləğv edəcək

Hazırda oxunan: “AirBaltic” 4600-dən çox reysi ləğv edəcək

228245

“AirBaltic” aviaşirkəti 2025-ci ilin yay mövsümü üçün 19 marşrut üzrə uçuşları ləğv edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Baltnews” məlumat yayıb.
 

"Mühərrik istehsalçısının texniki xidmətlə bağlı öhdəliklərini vaxtında yerinə yetirməməsi aviaşirkətin “Airbus A220-300” təyyarə parkının iş qabiliyyətinə təsir göstərib və bu da onu yay mövsümünün cədvəlinə dəyişikliklər etməyə vadar edib", - şirkətin məlumatında bildirilir.


“AirBaltic” aviaşirkəti “Pratt & Whitney” şirkətindən 2025-ci ildə bəzi “A220-300” təyyarələrinin mühərrik çatışmazlığı səbəbindən istismardan çıxarılacağı barədə məlumat alıb.

Şirkət 19 marşrut üzrə uçuşların ləğvi ilə yanaşı, müxtəlif bazalarında 21 marşrut üzrə uçuş tezliyini də azaldır. Ümumilikdə 4670 reys ləğv ediləcək ki, bu da təxminən 67160 sərnişinə təsir edəcək.

“AirBaltic” Riqa, Tallin, Vilnüs, Tampere və mövsümi olaraq Qran-Kanariyadan 130-dan çox marşruta xidmət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO