Cənubi Koreyanın sabiq prezidentinin həbsinə HAZIRLIQ GEDİR

Cənubi Koreyanın sabiq prezidentinin həbsinə HAZIRLIQ GEDİR

Hazırda oxunan: Cənubi Koreyanın sabiq prezidentinin həbsinə HAZIRLIQ GEDİR

228155

Cənubi Koreyanın impiçmentə göndərilən prezidenti Yun Seok Yeolın həbsinə hazırlıq gedir.

Bizim.Media “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə istintaq komissiyasının rəsmiləri məlumat veriblər.

Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib.

Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.

Dekabrın 14-də isə Cənubi Koreya parlamenti prezident Yun Seok Yeolun impiçmentini dəstəkləyib. Bundan əlavə, Yuna qarşı dövlətə xəyanət ittihamı ilə istintaq başladılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO