ABŞ-dan Rusiya və İrana qarşı növbəti SANKSİYALAR

ABŞ-dan Rusiya və İrana qarşı növbəti SANKSİYALAR

Hazırda oxunan: ABŞ-dan Rusiya və İrana qarşı növbəti SANKSİYALAR

228004

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində olan Koqnitiv Dizayn İstehsalat Mərkəzinə (CPDC), Rusiyanın qeyri-kommersiya fondu olan Geosiyasi Ekspertiza Mərkəzinə və iki Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında deyilir.

Qeyd olunub ki, analitik mərkəzin direktoru Valeri Korovin məhdudiyyətlərə məruz qalıb. Bundan başqa, Olesya Mendeleyeva Maqnitski qanunu əsasında Amerikanın ”qara siyahı”sına salınıb.

Korovin və onun rəhbərlik etdiyi Geosiyasi Ekspertiza Mərkəzi 2024-cü ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə iddia edilən müdaxiləyə görə sanksiya siyahısına daxil edilib.
 

Dövlət Departamentinin izahatında göstərilib ki, Mendeleyeva Moskvanın Krasnoselski rayonunun keçmiş deputatı Aleksey Qorinovun məhkəməsində iştirak etdiyinə görə sanksiyalara məruz qalıb.


“Bugünkü sanksiyalar İranın bizim demokratik təsisatları sarsıtmaq cəhdlərini, Rusiyanın qlobal təsir kampaniyalarını və kiberfəaliyyətlərini pozan ABŞ hökumətinin çoxsaylı əvvəlki hərəkətlərinə əsaslanır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO