2026-cı ildə ATƏT-ə bu ölkə sədrlik edəcək

2026-cı ildə ATƏT-ə bu ölkə sədrlik edəcək

Hazırda oxunan: 2026-cı ildə ATƏT-ə bu ölkə sədrlik edəcək

227867

2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçrə sədrlik edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın Baş nazirinin müavini, xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

Yan Borq İsveçrənin təşkilata effektiv rəhbərlik edəcəyinə əminliyini bildirib: “ATƏT-in gələcək sədrlərinin seçilməsi təşkilatın davamlılığını təmin etmək üçün prioritetdir. Bu, ATƏT üçün əlamətdar məqamdır və əminik ki, İsveçrə uzaqgörənlik və qətiyyətlə təşkilata sədrlik edəcək”.

Qeyd edək ki, Maltanın ATƏT-ə sədrliyi bu il başa çatır. 2025-ci ildən isə təşkilata Finlandiya sədrlik edəcək.

ATƏT-ə sədrlik bir il müddətində təşkilata üzv olan dövlət tərəfindən həyata keçirilir və ölkənin xarici işlər naziri fəaliyyətdə olan sədr vəzifəsini icra edir. ATƏT hazırda 57 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO