Yeni ili ən tez və ən gec qarşılayan ÖLKƏLƏR

Yeni ili ən tez və ən gec qarşılayan ÖLKƏLƏR

Hazırda oxunan: Yeni ili ən tez və ən gec qarşılayan ÖLKƏLƏR

227841

Dünya müxtəlif saat qurşaqlarına bölündüyü üçün Yeni il şənlikləri hər yerdə eyni vaxtda başlamır. Bəzi ölkələrə yeni il bir neçə saat əvvəl qədəm qoysa da, bəziləri həl ədə köhnə ildə qalır.

Bəs, yeni ilə ilk və sonuncu daxil olan ölkələr hansılardır?

Bizim.Media xəbər verir ki, dünyada Yeni il sevincini yaşayan ilk ölkələr Beynəlxalq Tarix Xəttinin şərqində yerləşən ada ölkələridir.

Kiribati və Samoa: Bu kiçik Sakit okean ölkələri yeni ili ilk qarşılayan ölkələrdir. Xüsusilə, Kiribatinin bir hissəsi olan Line İslands yeni ili qeyd etmək üçün ilk yerdir.

Tonqa: Kiribatidən sonra bu ada ölkəsi yeni ili erkən qarşılayan digər bir yerdir.

Bu bölgələrdə yaşayan insanlar Yeni ili xurma ağaclarının altında Sakit okeanın isti atmosferində qeyd edirlər.

Yeni ilə sonuncu daxil olanlar Tarix Xəttinin qərbindəki bölgələrdir.

Amerika Samoası: Amerika Samoası Yeni il sevincini ən gec yaşayan yerlərdən biridir. Samoa Adasına cəmi bir neçə yüz kilometr aralıda olsa da, yeni ili 25 saat sonra qarşılayır.

Baker və Houland Adaları (ABŞ): Sakit Okeandakı bu iki kimsəsiz ada dünyada yeni ilə girən son yerlərdir. Lakin bu adalarda daimi məskunlaşma olmadığı üçün şövqlü bayramlar da olmur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO