“Əsəd hökuməti buna görə devrildi” – Lavrov

“Əsəd hökuməti buna görə devrildi” – Lavrov

Hazırda oxunan: “Əsəd hökuməti buna görə devrildi” – Lavrov

227727

“Suriyada vəziyyətin sürətli inkişafına keçmiş prezident Bəşər Əsədin ölkədəki sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəb olub”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
 

“Artıq onu da demək olar ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri də uzun sürən vətəndaş qarşıdurması şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas tələbatını ödəyə bilməməsi olub. Cəmiyyətdə etiraz əhval-ruhiyyəsi artır, vətəndaşların hökumətə dəstəyinin səviyyəsi dayanmadan azalırdı”, - nazir vurğulayıb.


Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO